Yuxarı

İran ikinci ballistik raket sınağını keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ikinci ballistik raket sınağını keçirdi

İran iyul ayında imzalanmış və ötən ay qüvvəyə minən nüvə razılaşmasının ardınca iki ballistik raket sınağı keçirib.

Axar.az xəbər verir ki, Tehran ABŞ-dan gələn yeni sanksiya təhdidlərinə baxmayaraq, dünən başladığı ballistik raket sınağını bu gün də davam etdirib.

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən keçirilən təlimlərdə "Qədr-H" və "Qədr-F" tipli iki mərmi İranın Şərqindən Ərəbistan dənizi sahilindəki Mekran bölgəsinə atılıb.

SEPAH komandiri, general Hüseyn Salami sınağın uğurla tamamlandığını açıqlayıb:

"Bu gün atdığımız raketlər sanksiyaların nəticəsidir. Bu sanksiyalar İranın raket proqramının inkişafına kömək etdi".

Hava Kosmos Birliyi komandiri, general Əmir Əli Hacızadə manevr zamanı 2 min kilometr mənzilli ballistik raketlərin 1400 kilometr məsafədəki hədəfləri asanlıqla məhv etməyi bacardığını deyib.

"Sionist rejimi (İsraili-red) rahat şəkildə vura bilmək üçün raketlər hazırlanıb", - general qeyd edib.

Qeyd edək ki, İran ilə İsrail arasındakı məsafə təxminən min kilometrdir.

Tarix
2016.03.09 / 13:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla