Yuxarı

Rusiya Ermənistana nota göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ermənistana nota göndərdi

Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir:

“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”.

O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sərkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Ukraynanın Buça şəhərinə səfər edib.

Tarix
2024.06.09 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla