Yuxarı

Ağ Ev Baydenin qəribə hərəkətlərinə aydınlıq gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin sosial mediada müzakirələrə səbəb olan videosu həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

O bildirib ki, Baydenlə bağlı paylaşılan videolar manipulyasiya edilib:

“Bu paylaşımlar sizə respublikaçıların burada nə qədər çarəsiz olduğuna dair bilinməsi lazım olan hər şeyi deyir. Prezidentin vəzifədəki performansını danışmaq, ölkə üçün, Amerika xalqı üçün nələr etdiyini müzakirə etmək əvəzinə, bu manipulyasiya edilmiş videoları görürük”.

O, həmçinin Ağ Evdə təşkil edilən tədbirdə Baydenin rəqs edənlərə qoşulmamasına da münasibət bildirib:

“Prezident orada dayanaraq musiqi dinləyib və rəqs etməyib. Üzrlü sayın, rəqs etməməyin səhhət problemi olduğunu bilmirdim. Ətrafdakı insanlara baxsanız, aralarında rəqs etməyənlərin də olduğunu görərsiniz”.

Qeyd edək ki, G7 liderləri şəkil çəkdirən zaman Baydenin sıradan çıxaraq, kənardakı hərbçilərlə söhbətə başlaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib, onun ruhi problemi olduğu bildirilib.

Tarix
2024.06.18 / 14:04
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Yeni alınan hərbi təyyarəmiz: bir ədədinin qiyməti…

Armenin Qarabağ iddiasına Rusiyadan əbləh cavab

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

Patiaşvili Azərbaycan Ordusunun gücündən danışdı

Obrayen Azərbaycana gəlir

Hacıyevdən Qriqoryana cavab: 23 saatdan az bir müddətdə...

İcmadan Volker Türkə cavab: Qərəzli fikirlər...

Fransanın Ermənistana “Sezar” verməsi... - EAPCA

Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov Gürcüstana gedir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla