Yuxarı

Orbanın korteji Almaniyada qəzaya düşdü: ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orbanın korteji Almaniyanın Ştutqart şəhərində hava limanı yolunda qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, hadisə hava limanından 8 kilometr aralıda baş verib. BMV markalı avtomobilin sürücüsü olan 69 yaşlı qadın Orbanın korteji üçün qoyulmuş şlaqbaumu görməyərək yoluna davam edib. Bu zaman o, baş nazirin kortejində olan motosikletə çırpılıb. İkinci motosiklet də başqa bir avtomobillə toqquşub və yanacaq çəninindən benzinin sızması nəticəsində yanğın baş verib.

Qəza nəticəsində hər iki polis yaralanıb. Onlardan biri xəstəxanada ölüb.

Qeyd edək ki, Viktor Orban Avro-2024-lə bağlı Almaniyada səfərdədir.

Tarix
2024.06.25 / 10:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Obrayen 907-ci düzəlişdən danışdı

ABŞ-dan Bakı və İrəvana: Buna hazırıq!

Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi

Bayramov Obrayenlə görüşdü: Sülh sazişi…

Ermənistan Fransadan silah alır, anlaşılandır... - Obrayen

İrəvanla Bakı arasında sülh imkanı… - Obrayen

Polis Gününə "sürpriz": Nə baş verir?

Şüvəlanda gecə 4-də qətliam, “yeni Xomeyni”yə eyham...

Parlament işini yekunlaşdırdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla