Yuxarı

Röyter: “İstanbul terrorunu PKK törədib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul terrorunu araşdıran istintaq qrupu hadisənin PKK terrorçuları tərəfindən törədildiyi qənaətinə gəlib.

Axar.az "Röyter"ə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ankara rəsmisi məlumat verib:

"İlkin məlumata görə, İstanbul hücumu PKK və ya PKK tərəfindən dəstəklənən təşkilatlardan biri tərəfindən törədilib. Hadisəni törədənin kimliyi araşdırılır. Terrorçu partlayışın planlaşdırıldığı ünvana çatmadan polisdən qorxduğu üçün bombanı partladıb. Hədəf daha izdihamlı bir yer olub".

Ankara rəsmisi PKK-nın Novruz bayramı ərəfəsində silsilə hücumlar hazırladığını deyib:

"Bu istiqamətdə cəhd və hazırlıqlar olduğunu bilirik. Bu dövrdə yeni hücumlar həyata keçirilə bilər. Biz də aqressiv şəkildə və sərt tədbirlərlə bu hücumların qarşısını almağa çalışacağıq. Son bir neçə gün ərzində Suriyadan Türkiyəyə terror aktı həyata keçirmək üçün gələn PKK üzvləri canlı ya da ölü olaraq ələ keçirilib".

Xatırladaq ki, İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Tarix
2016.03.19 / 16:16
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla