2014-cü ildə Rusiya Ukraynaya müdaxilə etdi. Bunun
ardınca rus qoşunları Suriyada peyda oldu. Doğrudur, bir müddət
öncə qoşunlar buradan çıxarıldı, amma bütün siyasi ekspertlər və
ölkələr Moskvanın növbəti hədəfinin hansı ölkə olduğunu
düşünürlər.
Maraqlıdır ki, bu qərarın verilməsindən bir ay öncə Rusiya
Ukrayna və Cənub Qafqaz cəbhəsinin yerləşdiyi bölgələrdə aktiv
hərbi təlimlərə başlayıb. Məhz buna görə hər iki bölgənin yenidən
hədəf olma imkanları əsas müzakirə mövzuları sırasındadır. Üstəlik,
Rusiya bir neçə il öncədən etibarən özünün postsovet məkanında
yaratdığı beşinci kolonlarını da aktivləşdirib.
Bir müddət öncə yerli mətbuatda məşhur çeçen lider Cövhər
Dudayevin Rusiyanın Krımı hədəfi alacağı ilə bağlı 1995-ci ildə
verdiyi proqnoz artıq reallaşıb. Bütünlüklə Qafqazın Rusiyanın
təsir zonasından təmizlənməsinin tərəfdarı olan Dudayev öz
çıxışlarında daima Rusiyanı imperiya adlandırmaqla bərabər, onun
kimlərə hücum etdiyini də açıqlayıb.
Axar.az mövzunun aktuallığını nəzərə alıb Dudayevin 1995-ci ildə
verdiyi müsahibədən bir parçanı yenidən oxucularına təqdim
edir:
"Rusizm faşizmdən daha qorxuludur. Faşizm Avropa və dünyaya
yayılandan sonra Rusiyanın quyruğunu tapdalayanda, o, hamıdan qabaq
səsləndi ki, bütün dünyanı xilas edin. Nəticədə bütün dünya yardıma
qaçdı. Hətta almanların özləri belə köməyə gəldilər. İndi rusizm
Yer üzündən ən köməksiz qurbanları silir. Rusiya bütün tarixi
boyunca ən köməksiz qurbanlarını seçir. Dağlıq Qarabağı seçdilər və
məhv etdilər. Daha sonra Abxaziyaya getdilər. Onu Gürcüstan və
Qafqazdan ayırdılar, bütün potensialını məhv etdilər. Gürcüstanda
savaş, Azərbaycan-Ermənistan müharibəsi. Hər birində faktiki olaraq
rus qoşunları, rusların silahları... Cənubi Osetiyanı izolyasiya və
məhv etdilər. Şimali Osetiya, İnquşetiya... Rusiya rəhbərliyi bütün
tarixi boyunca özünə ağır olanda heç vaxt əməl etmədiyi
müqavilələri imzalamağa qaçıb.
O, heç vaxt bu müqavilələrə əməl etməyəcək. Güclənən kimi o,
yenidən ən zəifi seçib, ona rişxənd etməyə başlayır. Rusiya həmişə
şər imperiya olub, indi də qalmaqda davam edir".