Yuxarı

Dinozavrlar buna görə məhv olubmuş...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dinozavrlar buna görə məhv olubmuş...

Dinozavrlar barədə tədqiqatlara daha biri əlavə olunub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Almaniyanın Köln Universitetinin əməkdaşlarının dinozavrların məhv olmasına dair tədqiqatları “Science” elmi jurnalında dərc edilib. Alimlər iddia edirlər ki, 66 milyon il əvvəl sözügedən canlıların nəslinin kəsilməsinə səbəb olan asteroid Yupiter planetindən daha uzaqda formalaşıb. Bundan əlavə, tədqiqatçılar indiyədək irəli sürülən Yerlə kometin toqquşması fikrini də rədd ediblər.

Məqalə müəllifləri asteroidin Yerə çırpıldığı Çikşlub kraterində (müasir Meksika ərazisi) apardıqları tədqiqat nəticəsində belə bir qənaətə gəliblər. Ərazidəki rutenium metalının izotoplarını təhlil edən alimlər onun asteroid mənşəli olduğunu bildirirlər. Laboratoriya analizi bu asteroidin S tipinə aid olduğunu, yəni Günəş sisteminin xarici planetlərin yerləşdiyi zonada formalaşdığını sübut edib. Alimlər asteroidin Yupiterdən daha uzaq məsafədən gəldiyini ehtimal edirlər. Səma cisminin formalaşdıqdan sonra bir müddət Mars və Yupiter arasındakı asteroid qurşağında hərəkət etdiyi də ehtimallar arasındadır.

Tədqiqatçıların fikrincə, bu tip araşdırmalar dinozavrların nəslinin kəsilmə səbəbini üzə çıxarmaqla yanaşı, Yer planetini gözləyən oxşar təhlükələri dəyərləndirmək üçün də zəruridir.

Tarix
2024.08.18 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla