Yuxarı

Rusiya SSRİ-ni yeni formada bərpa edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya SSRİ-ni yeni formada bərpa edir

"Rusiya əlindəkiləri itirməmək üçün keçmiş imperiyanın paytaxtlarında özünə müttəfiqlər tapmalıdır".

"Axar.az" xəbər verir ki, bu informasiyanı Polşa mətbuatı son günlər Rusiya və Avropa İttifaqı arasında münasibətləri analiz edərkən yazıb.

Mətbuat Rusiya ilə MDB ölkələri arasında parçalanmanın daha dərinləşdiyini yazıb:

"Rusiya keçmiş sovet ərazilərini yenidən əhatə dairəsinə almaq istəyir. Bu SSRİ-nin yaradılması olmayacaq. Rusiya yaxşı başa düşür ki, Çin və Avropa İttifaqı arasında qaldığı müddətdə vəziyyəti ağırlaşacaq. Ona görə də Rusiya öz gücünü bərpa etmək üçün keçmiş imperiyanın paytaxtlarında özünə müttəfiqlər axtaracaq".

Daha sonra mətbuatda rus politoloqu Andrey Yepifançevin fikirləri yayımlanıb:

"Rusiya özünün əvvəlki müttəfiqlərini itirmək istəmirdi. Gömrük İttifaqı yaradılarkən Rusiya Ermənistana xəbərdarlıq etdi. Ermənistana müxtəlif işarələr göndərdi. Birinci Qarabağ məsələsini ortaya atdı. Azərbaycana üç milyardlıq silah-sursat yardımı etdi. Daha sonra qaz, sonra da miqrantlarla bağlı xəbərdarlıq etdi və nəticədə Moskvada olarkən Sərkisyan Gömrük İttifaqına gedəcəklərini bəyan etdi. İndi isə nəticəni görürsünüz. Hər şey yumşalmağa başlayır. Hətta Rusiyanın buradakı ordularının komandiri deyir ki, biz Qarabağ savaşı zamanı Ermənistana kömək etməyə hazırıq".

Tarix
2014.02.13 / 11:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla