Yuxarı

Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? - Qazipur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş millət vəkili Nadir Qazipur İran Mülki Aviasiyasında ana dilində salamlama qadağasını sərt tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı yazıb.

Bildirilib ki, İran parlamentinin Urmiyadan olan keçmiş millət vəkili Nadir Qazipur dünən bir qrup Urmiya sakini ilə görüşündə təyyarədə türkcə “xoş gəldin” ifadəsinin qadağan edilməsinə reaksiya verib.

“Mən bir neçə il öncə Çinin paytaxtı Pekindən Urumçu şəhərinə uçarkən təyyarədə sərnişinlərə türk dilində "xoş gəldiniz" deyildiyinin şahidi oldum. Necə olur ki, Çində türk dilində danışmaq olar, amma İranda yox?!” - deyə, Qazipur etirazını dilə gətirib.

O, bəzi İran rəsmilərini bədbəxt və zəlil adlandıraraq, onların Azərabyacandan niyə bu qədər qorxduqlarının səbəbini sorğulayıb. Nadir Qazipur İran Konstitusiyasına, eləcə də ölkə rəhbərinin göstərişlərinə toxunaraq, türk dilində danışmağın azərbaycanlıların təbii hüququ olduğunu vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Ata” aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.

Tarix
2024.10.19 / 17:01
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

Şok: Aleksanyanı Rusiyaya buraxmayan azərbaycanlı oliqarxdır

Azərbaycan və Ermənistan BRİKS-ə üzv olarsa...

Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir

İsrail bu uğura necə nail oldu? – Türk general

Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq!

Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

İstanbul görüşü ilə bağlı birgə bəyanat qəbul edildi

Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla