Yuxarı

Dudayevin qoydurduğu “Genosid” abidəsi sökülür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dudayevin qoydurduğu “Genosid” abidəsi sökülür

Çeçen xalqının 1944-ci ildə deportasiyası nəticəsində qurban olanların xatirəsinə ucaldılmış Genosid abidəsi başqa yerə köçürülür.

"Axar.az" Rusiya mediasına istinadən xəbər verir ki, 1992-ci ildə Cövhər Dudayevin təşəbbüsü və təkidi ilə ucaldılan abidənin üst hissəsinin ("çurtalar") kiçik parçalarının Əhməd Kadırov adına meydandakı əraziyə köcürülməsinə qərar verilib.

Qeyd edək ki, həmin ərazi çeçen hüquq–mühafizə orqanlarının dəfn olunduğu qəbristanlıqdır.

Bildirilir ki, şeyx Əli Mitayev küçəsindəki Genosid abidəsinin sökülməsinə fevralın 12-dən start verilib, ərazi üç metrəlik sədlə hasara alınıb.

Memorial kompleksinin gizli şəkildə başqa yerə köçürlməsi şəhər sakinləri tərəfindən etirazla qarşılanıb. Onların qənaətinə görə, belə etməklə kimlərsə, yaddaşlardan çeçen xalqının böyük bir faciə epoxasını silmək istəyirlər. Sakinlər məsələ ilə əlaqədar Rusiya və Çeçenistan rəhbərliyinə müraciət edəcəklərini və kompleksin yerində qalması tələbini səsləndirəcəklərini vurğulayıblar. Bu addıma əl atanlar cinayət törətmiş sayılacaq.

Şəhər meriyasından isə bildiriblər ki, göstəriş yuxarılardan gəlib.

Sakinlərdən biri deyib ki, hələ 2008-ci ildə Qroznı şəhərinin meri Müslüm Xuçiyev də Geonosid abidəsinin köçürülməsinə cəhd etmişdı, lakin sıravi sakinlərin etirazı nəticəsində o, istəyindən əl çəkib.

Xatırladaq ki, kompleks qeneral Cövhər Dudayevin göstərişi ilə ərsəyə gəlib. Kompleks divarlarının birinin üzərində, "Duxur daç! Dolxur daç! Diç diyr daç! (Sınmayacağıq! Ağlamayacağıq! Yaddan çıxartmayacağıq") sözləri yazılıb. Son Rusiya–Çeçenistan müharibəsi başa çatandan sonra sonucu ifadə "Dutur daç" (qoymayacağıq) ifadəsi ilə əvəzlənib.

Onu da qeyd edək ki, 23 fevralda çeçen və inquş xalqlarının Qazaxıstan və Orta Asiyaya deportasiyasının 70 ili tamam olacaq.

Tarix
2014.02.15 / 13:30
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Əliyev və Vens mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Ukraynaya generatorlar göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla