Sabah bu yollara 3 saat məhdudiyyət qoyulacaq
16:33
Ana səhifə Planet |
Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Alman XİN-in sözçüsü Kristofer Burger məlumat yayıb.
"Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür", - o bildirib.
Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi tövsiyə edib.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.
Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.
Tarix
2024.11.02 / 13:10
|
Müəllif
Axar.az
|