Yuxarı

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Axar.az xəbər verir ki, Rasim İldırım uzun müddət daxili işlər orqanlarında çalışıb, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir. Onun karyerasının bitməsinə səbəb keçmiş Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə görüşərək, onunla itən qardaşı haqda danışması olmuşdu.

Elşad Abdullayev o görüşün gizli görüntüsünü hadisədən 10 il sonra yaymışdı. Videoda Elşad Abdullayev Rasim İldırım ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Rasim İldırım məşhur jurnalist Əli İldırımoğlunun oğlu, hazırda pensiyada olan məşhur prokuror Yusif İldırımzadənin və “Əmrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

Yusif İldırımzadə həmçinin general-polkovnik, DİN-in sabiq rəhbəri Ramil Usubovla qudadır.

Zaur Mirzəzadə isə bundan öncə də həbs edilmişdi. 2022-ci ildə külli miqdarda dələduzluq işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesində Z.Mirzəzadə 5 il azadlıqdan məhrumedilmə cəzası almış, məhkəmə zalındaca həbs olunmuşdu.

Xatırladaq ki, Rasim Əli oğlu İldırım bu ilin mart ayında mülki hüquq pozuntuları ilə əlaqədar Bəhruz Əfruz oğlu Məmmədov tərəfindən də məhkəməyə verilmişdi.

Tarix
2024.11.02 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının sərt etirazına Tehrandan cavab

İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi

İran yenə həddini aşdı - Videosüjet

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Tramp və Mask hədəfdə: milyarderin Putin və Si ilə əlaqəsi…

Suriyada Osmanlı ilə bağlı bu ifadə dəyişdirildi - Foto

Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan

İranda aqoniya: Əliyevə qarşı qeyri-etik davranış…

General Polad Həşimovun doğum günüdür

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla