Yuxarı

Zaqatalada itlər güllələndi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada itlər güllələndi - Video

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, itlərin tələf olması ilə bağlı yayılan görüntülər araşdırılır.

Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq:

"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".

Qeyd olunub ki, Zaqatala Rayon İcra Hakimiyyətində baytarlıq tədbirləri görülür:

"İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".

Tarix
2025.01.02 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla