Yuxarı

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

23 aprel suverenliyimizin bərpa edilməsinə doğru atılan təqvim olaraq Azərbaycan tarixində müstəsna yer tutur. Üç il öncə - 2023-cü ilin 23 aprel tarixində Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan dövlət sərhədində buraxılış məntəqəsi quruldu və bununla Qarabağda onilliklərdir davam edən erməni planları alt-üst edildi. Laçın postunun qurulmasının iki praktiki əhəmiyyəti xüsusilə qeyd olunmalıdır.

Birincisi, “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı;

İkincisi, erməni separatizminin tamamilə ləğv edilməsi, suverenliyimizin bərpası istiqamətində həlledici addım atıldı;

“Laçın dəhlizi” Qarabağda qalan separatçılar üçün təkcə Ermənistana çıxış yolu yox, “müstəqillik”, “öz müqəddəratını təyinetmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi. Azərbaycan ermənilərin Qarabağ iddiasında “çıxış yolu” kimi gördükləri “Laçın dəhlizi” anlayışını ləğv etdi. Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan prinsipial siyasətinin nəticəsi idi. Azərbaycan liderinin strateji addımlarını nəzərdən keçirəndə - Laçın postunun qurulmasına qədərki dövrdə həyata keçirilən siyasətə və sonrasında atılan prinsipial addımlara baxanda bunu daha aydın görmək olur.

2020-ci ilin 10 noyabr bəyanatının imzalanmasında Ermənistan “Laçın dəhlizi”nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və “Qarabağ iddiası”nı saxlamağa planlaşdırırdı. Lakin Prezident İlham Əliyev qətiyyətli mövqeyindən geri çəkilmədi və müharibə meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbəni təmin etdi. Dəhlizin 5 kilometr enində olmasına nail oldu, bununla yanaşı, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəaları bəyanata daxil edildi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib.

1. Laçının mərkəzi heç bir itki vermədən azad olundu;

2. Yeni yolun istifadəyə verilməsi “dəhlizin 5 kilometrlik eni” məsələsini də praktiki olaraq arxa plana keçirdi;

Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. 21 sentyabr 2022-ci il tarixində müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatiyanın da qalibi kimi Laçın şəhərinə daxil oldu, şəhərin mərkəzində üçrəngli bayrağımızı ucaltdı.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strategiyasında Laçın postunun qurulması və şəhərin bir güllə belə atılmadan azad edilməsi suverenliyimizin təmin edilməsində əsas mərhələlərdən biri idi.

Laçının azad edilməsi xüsusilə iki strateji əhəmiyyətə malik idi.

Birincisi, Ermənistanla şərti sərhəd nəzarətə götürüldü və Qarabağ məsələsi praktiki olaraq da daxili işimizə çevrildi;

İkincisi, suverenliyimizə təhdid oln erməni iddialarının “çıxış yolu” olan “Laçın dəhlizi” sıradan çıxarıldı;

Bütün bunlar 44 günlük müharibədən sonra başlanan diplomatik döyüşün mərhələləri idi və Prezident İlham Əliyev bu döyüşdə də Azərbaycanı qalibə çevirdi. Laçın dəhlizi ləğv ediləndən və sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Prezident İlham Əliyev suverenliyimizin bərpa edilməsində sonuncu mərhələyə start verdi: separatçıların qalıqlarının torpaqlarımızdan təmizlənməsi və Xankəndidə üçrəngli bayrağımızın dalğalanması.

23 aprel tarixindən cəmi 5 ay sonra – 20 sentyabr 2023-cü il tarixində keçirilən anti-terror əməliyyatı Qarabağda yüz ildir davam edən separatizmin məhv edilməsi ilə nəticələndi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında buna cəmi 24 saatdan da az müddətdə nail oldu. Xankəndi də daxil olmaqla Qarabağın bütün guşələrində üçrəngli bayrağımız dalğalandı. Bu tarixi zəfəri Prezident İlham Əliyevin milli maraqlar uğrunda qətiyyətli və prinsipial siyasəti nəticəsində əldə etdik.

Tarix
2026.04.23 / 17:02
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla