Yuxarı

Paris və Tiflis Cənubi Qafqazdan danışdılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paris və Tiflis Cənubi Qafqazdan danışdılar

Fransa prezidenti Fransua Olland bu gün gürcü həmkarı Georgi Marqvelaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti, ikitərəfli münasibətlərə dair məsələləri və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilir.

Məlumata görə, danışıqlar Gürcüstan prezidentinin Parisə rəsmi səfəri çərçivəsində baş tutub.

Fransa və Gürcüstan arasında iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi danışıqların əsas mövzularından biri olduğu bildirilir: "Tərəflər həmçinin beynəlxalq gündəmdə olan məsələləri, xüsusən, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər".

Yelisey Sarayının açıqlamasında qeyd olunur ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Tərəflər 2014-cü ilin iyununda imzalanmış Assosiasiya sazişi çərçivəsində Gürcüstan-Aİ əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər.

Tarix
2016.04.22 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla