Yuxarı

Dünya otyeyən və ətyeyənlərdən ibarətdir - Makron

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Trampın seçilməsindən sonra otyeyən olmamalıdır, hər şeyi yeyən olmalıdır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin iclasında deyib.

“Politiko” yazır ki, E.Makron Avropanın Çin və ABŞ kimi ticarət rəqiblərindən daha müstəqil olmaq cəhdlərinin əsas tərəfdarı olması ilə məşhurdur.

“Mənim üçün hər şey sadədir. Dünya otyeyən və ətyeyənlərdən ibarətdir. Əgər biz otyeyən kimi qalmaq istəsək, ətyeyənlər qalib gələcək və biz onlar üçün bazar olacağıq. Məncə, biz hər şeyi yeyən olmalıyıq. Mən aqressiv olmaq istəmirəm, sadəcə bilirik ki, bu məsələlərdə özümüzü necə müdafiə edək”, – deyə Makron Budapeştdəki Avropa liderlərə deyib.

Nəşr vurğulayıb ki, Makronun son dövrlər Avropa Birliyində mövqeyi laxlayıb. O, özəlliklə özünü AB ilə ABŞ arasında əsas zəncir kimi göstərməyə çalışıb. Bu baxımdan adının çəkilməsini istəməyən diplomatlardan biri nəşrə deyib ki, Makron AB-ni daha suveren etmək üçün Trampın seçilməyini bəhanə kimi istifadə etməyə çalışır. Buna qəzet Macarıstan XİN rəhbəri Peter Siyartonun Budapeştdə verdiyi açıqlamanı göstərib:

“Avropa düşünməlidir. Əgər siz mənə “Avropa ABŞ-ı əvəz etməldirmi?” nəzəri sualını versəniz, buna açıq-aşkar "yox" deyərdim. ABŞ-dakı seçkilərin nəticələri təkcə Avropada yox, dünyada da yeni reallıq yaradır”.

“Politiko"ya danışan adının çəkilməsini istəməyən Avropa Birliyi diplomatı deyir ki, Budapeştdəki iclasda onlar Makronun birlik çağırışlarına inanmayıblar:

“O birlikdən danışır, amma bunun mənası fransız birliyidir. Əgər bu, yenidən körpüləri yandırmaqdırsa, o zaman çox sağ olsun, bizə lazım deyil. Biz transatlantik münasibətlər üçün açıq qalmaq istəyirik”.

Tarix
2024.11.08 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ üçün canından keçənləri hörmətlə anırıq!

Antiterror əməliyyatı Şuşa Zəfərinin məntiqi davamı idi

Bu, Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir!

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Azərbaycan XİN-dən Fransaya çağırış

Mirziyayevdən Əliyevə: Bundan qürur duydum

Bakı Şuşada rəqs edən Paşinyanın dişlərini çıxartdı

Rusiyadakı səfirimiz Yatskin və Karasinlə görüşdü

Bu 3 liderlə danışa bilən yeganə şəxs Ərdoğandır

Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla