Yuxarı

Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşdü - Foto

Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb.

Axar.az xəbər verir ki, bu barədə Report-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

Onun sözlərinə görə, Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:

"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır. Hazırda ucaldılan bayrağın eni 36 metr, uzunluğu isə 72 metrdir. Bayrağımızın "Ginnesin rekordlar kitabı"na düşməsi iki gün öncə rəsmiləşdirilib. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlət başçısı burada Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Tarix
2024.11.08 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla