Yuxarı

Zelenski Krımı qaytarmaq istəyir? - Trampın müşaviri hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:45

Yeni administrasiya ölkəyə Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmağa imkan verməkdənsə, əsas diqqətini Ukraynada sülhün əldə olunmasına yönəldəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza deyib.

O, BBC-yə açıqlamasında bildirib ki, Tramp administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskidən onun “dünyaya real baxış” versiyasını təqdim etməsini xahiş edəcək:

“Əgər Prezident Zelenski danışıqlar masası arxasına əyləşib desə ki, biz yalnız Krım qaytarılacağı halda sülhə nail ola bilərik, o, bizə ciddi olmadığını göstərəcək. Çünki Krım artıq yoxdur”.

Lanza Ukraynanın şərqindəki bölgələrdən bəhs etməyib, lakin Krımın qaytarılmasının qeyri-real olduğunu və “ABŞ-ın məqsədi olmadığını” vurğulayıb:

“Zelenski sülhün yalnız Krımın qaytarılmasından sonra olacağını və o zaman döyüşləri dayandıracaqlarını deyəndə, Zelenskiyə xəbərimiz var: Krım artıq yoxdur. Əgər sizin üçün ən vacibi Krımı qaytarmaq və Amerika əsgərlərini Krımın qaytarılması üçün döyüşməyə məcbur etməkdirsə, deməli, siz təksiniz, özünüz bilərsiniz”.

Tarix
2024.11.09 / 23:32
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video

COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi - Video

Ərdoğandan Əliyevə: Çox məzmunlu bir çıxış...

Şarl Mişel Bakıda çağırış etdi: Hərəkətə keçək!

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Foto

10 ildir irəliləyiş yox idi, amma dünən Bakıda... - Əliyev

İlham Əliyev Çexiya baş naziri ilə görüşdü

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşdü

Əminə Ərdoğan Mehriban Əliyeva ilə açılışda

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla