Yuxarı

HƏMAS üzvləri Türkiyədə olsalar... - Vaşinqton

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS üzvləri Türkiyədə olsalar... - Vaşinqton

Vaşinqton HƏMAS üzvlərinin Türkiyədə olduqları təqdirdə ekstradisiya edilməsində israrlıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

"Dohada olan HƏMAS rəhbərliyinin bir hissəsinin indi Türkiyəyə köçməsi ilə bağlı xəbərlər görmüşəm. Hesab edirik ki, qəddar terror təşkilatının rəhbərləri heç bir yerdə rahat yaşamamalıdır. Bu şəxslərin bəziləri uzun müddətdir ki, ABŞ tərəfindən ittiham olunur. Hesab edirik ki, onlar ABŞ-a ekstradisiya edilməlidir. HƏMAS üzvləri amerikalıları həm öldürməkdə, həm də vətəndaşlarını girov götürməkdə ittiham olunur", - Miller bildirib.

Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Tarix
2024.11.19 / 10:32
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla