Yuxarı

Gürcüstanı Ukraynaya çevirmək üçün... - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanı Ukraynaya çevirmək üçün... - Kobaxidze

Dünən hamı bir daha əmin oldu ki, Gürcüstanda “Maydan” keçirilə bilməz, Gürcüstan dövləti buna imkan verməyəcək.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Kobaxidze qeyd edib ki, dünənki şiddətli mitinqə görə əsas məsuliyyət Avropanın müvafiq siyasətçiləri, bürokratları və “4 siyasi partiya şəklində təmsil olunan beşinci kolon” olan yerli qurumun üzərinə düşür:

“Artıq üçüncü ildir ki, Gürcüstanın Ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı olaraq namizəd statusundan və danışıqların başlanması məsələsindən ölkəni zəiflətmək, Gürcüstanda qütbləşməni qızışdırmaq üçün istifadə etməyə çalışırlar. Xatırladırıq ki, bu 3 il ərzində ölkənin imicinə zərbə vurmaq, cəmiyyəti sıxışdırmaq üçün əvvəlcə namizədin statusu, daha sonra isə danışıqların mövzusu əsas vasitə kimi istifadə olunub. Dünən aydın oldu ki, hamı hər şeyi çox gözəl bilir. Sadəcə olaraq, radikallar və onların xarici himayədarları ölkəni qarışdırmağa, Gürcüstanı Ukraynaya çevirmək üçün hər zaman bəhanə uydurmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara, ən əsası isə təcrübəli və müdrik xalqa malik müstəqil dövlətdir, onun gücünü heç kim sarsıda bilməz”.

Tarix
2024.11.30 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla