Yuxarı

Axar.Az Logo carnation

Akardan Suriyadakı toqquşmalarla bağlı mühüm çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akardan Suriyadakı toqquşmalarla bağlı mühüm çağırış

Suriyadakı qarşıdurmalar Türkiyənin hüdudlarından kənarda baş verən hadisələrdir. Biz “Heyət Təhrir əş-Şam” qruplaşmasını uzaqdan tanıyırıq, özbaşına hərəkət edirlər, amma onlara göstəriş verənlər də ola bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq milli müdafiə naziri, millət vəkili Hulusi Akar deyib.

Sabiq nazir bildirib ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiyada yorğunluq və passivlik hökm sürür:

“Rejim (Suriya – red.) əleyhdarı qruplar passivlikdən istifadə edirlər. PKK/YPG-nin nə olduğu Türkiyəyə aydındır. Çox diqqətli davranmalı və lazımi təhlükəsizlik tədbirləri görməliyik. Hadisələri Türkiyə Xarici İşlər Nazirliyi izləyir. Ən ciddi sual budur: Onlar əldə etdikləri bölgələri möhkəm saxlaya biləcəklərmi?”

H.Akar eyni zamanda qeyd edib ki, Əsəd də hərəkətə keçəcək:

“Belə görünür ki, o, hələ tədbir görməyib. Bu hərəkatın ən böyük həssaslığı Rusiya və rejimin hava qüvvələridir. Bunları yaxından izləmək və boşluqlara yol verməmək vacibdir. Əsəd vaxtında bizimlə əməkdaşlıq etsəydi, iş bu mərhələyə gəlməzdi”.

Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gün öncə hücuma başlayıb və onlarla kəndi, o cümlədən Hələb, İdlib və Tel-Rıfatı ələ keçirib.

Tarix
2024.12.02 / 12:41
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

Azərbaycan və Ermənistan bunu nümayiş etdirməlidir...

Müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq - Prezident

İlham Əliyev Davosda bu iclasda iştirak edir

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla