Yuxarı

Bəşər Əsəd haradadır? – İrandan açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşər Əsəd haradadır? – İrandan açıqlama

Suriya Prezidenti Bəşər Əsədin ölkədən getdiyi ilə bağlı məlumatlar doğru deyil.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə deyib.

Onun sözlərinə görə, İran dini liderinin müşaviri və Məsləhət Şurasının üzvü Əli Laricani dünən Dəməşqdə Bəşər Əsədlə görüşüb:

“Suriyadan gələn xəbərlər yaxşı deyil. Rusiya ilə əlaqə saxlayırıq. Türkiyə və İraq kimi Suriyaya qonşu ölkələrlə də danışıqlar aparırıq. Ümid edirəm ki, Əli Laricaninin Dəməşqə səfəri və Dohada Astana danışıqları ilə Suriyada siyasi həll yolu tapılacaq. Əsəd və ailəsinin Suriyanı tərk etməsi ilə bağlı iddialar doğru deyil”.

Qeyd edək ki, ötən gün axşam Suriya Prezidenti Bəşər Əsədin ölkədən getdiyi barədə məlumatlar yayılmışdı. Suriya rəsmiləri isə Əsədin Tehrana "danışıqlar aparmaq" üçün getdiyini bildirib.

Tarix
2024.12.07 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla