Yuxarı

Türkiyənin Suriya ilə bağlı prioritetləri açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin Suriya ilə bağlı prioritetləri açıqlandı

Türkiyə Bəşər Əsədin istefasından sonra keçid dövründə Suriyaya hər cür dəstəyi verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi deyib.

O, Ankaranın Suriya siyasətinin üç prioritet sahəsini açıqlayıb:

“Yeni Suriya qurmaq, terrorçu PKK və onun Suriya qolu – “xalq müdafiə qüvvələrinə” qarşı mübarizə aparmaq, suriyalı qaçqınların vətənlərinə qayıtmasını təmin etmək. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyon suriyalı var”.

Yazar qeyd edir ki, Türkiyə sərhədlərində PKK-nın varlığına son qoymaq və terror dəhlizini bağlamaqda qərarlıdır:

“Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu Suriyanın şimalında yerləşən Menbiç şəhərini ələ keçirdikdən sonra PKK-nın qonşu ölkənin eyni bölgəsindəki Kobani və Qaşımlıdakı varlığına son qoymaq niyyətindədir. Türkiyə hakimiyyəti bundan əvvəl qonşu ölkə ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında 30 kilometr dərinlikdə təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyətində olduğunu bəyan etmişdi”.

Selvi vurğulayıb ki, Suriyada Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən hadisələr Ankara üçün gözlənilməz olmayıb:

“Milli İstehbarat Təşkilatı və Türkiyə Silahlı Qüvvələri bölgədəki vəziyyəti mütəmadi olaraq izləyib. Noyabrın 27-də Suriya müxalifəti Hələbə hücuma başlayanda Ankara “İldırım” əməliyyatının tez bir zamanda Dəməşqə çatacağını bilirdi. Ona görə də Əsədin devrilməsi Ankara üçün yox, bütün dünya üçün sürpriz oldu”.

Tarix
2024.12.09 / 12:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla