Yuxarı

Rus generalın qətli: qatilə nə qədər pul vəd edilib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus generalın qətli: qatilə nə qədər pul vəd edilib?

10:05

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verib.

Məlumata görə, general və köməkçisinin qətlində iştirak edən şəxs 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşıdır.

Şübhəli istintaqa ifadəsində bildirib ki, Ukrayna xüsusi xidmət orqanları ona generalın qətlinə görə 100 min dollar pul mükafatı və Avropa ölkələrinin birində yaşamaq hüququ vədi verib.

“Özbəkistan vətəndaşı Ukrayna tərəfinin tapşırığına əsasən, Moskvaya yollanıb və partlayıcı qurğu əldə edib. Daha sonra qurğunu skuterə yerləşdirib və onu general Kirillovun yaşadığı mənzilin yanına qoyub. Müşahidə aparmaq üçün icarəyə avtomobil götürüb və ora kamera quraşdırıb. General binadan çıxan kimi partlayıcı qurğu işə salınıb”, - İstintaq Komitəsinin rəsmisi İrina Petrenko bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi İrina Vol isə bildirib ki, şübhəli şəxs Balaşixa şəhərinin Çernoe kəndində yaxalanıb.

Qeyd edək ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb.

Tarix
2024.12.18 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla