Yuxarı

Sirr açılır: Xalq Əsəd ailəsindən gizlin belə xəbərləşirmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə ortaya çıxıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post"un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bəəs Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idraəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında, “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Bəəs Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

Tarix
2024.12.25 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti yaralıları ziyarət etdi - Video

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Qəzada həlak olanların identifikasiyası üzrə işlər aparılır

Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?

Təyyarə qəzası ilə bağlı yaradılmış Komissiyanın iclası keçirildi

Minsk konfransının strukturları ləğv edilməlidir - Zaxarova

Baş prokurorun müavini hadisə yerindədir - AZAL

Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı - Rəsmi

Səudiyyə təyyarə qəzası ilə bağlı bəyanat yaydı

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 29 nəfər sağdır!

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla