Yuxarı

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 29 nəfər sağdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın təyyarəsinin dəhşətli qəzası:

11:24

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqala limanına, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

***

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı məlumat yayıb.

***

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 27 nəfərin təyyarədən sağ çıxarıldığını və xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

***

Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya aparılıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, 7 nəfərin vəziyyəti ağır olaraq qalır.

***

Aktauda baş vermiş təyyarə qəzası nəticəsində xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Bu barədə Manqistau Regional Xəstəxanasından məlumat verilib.

Tarix
2024.12.25 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla