Yuxarı

İranın qəfil qərarının səbəbi – Ekspert rəyi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın qəfil qərarının səbəbi – Ekspert rəyi

İran ona görə belə bir qərar verib ki, bundan sonra neft hasilatını artırmaq imkanı yoxdur.

Bunu Axar.az-a açıqlamasında İran neft hasilatının həcmi ilə bağlı OPEK-in qəbul etdiyi siyasətə qoşulmaq qərarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert hesab edir ki, bu, heç nəyi dəyişməyəcək:

"Neftin qiymətinin düşməsi onunla bağlı idi ki, İran dünya bazarına gündəlik 2,3 milyon barrel neft çıxarır və hasilatını sanksiyalara qədərki səviyyəyə çatdırırdı. İran buna çox qısa müddətdə nail oldu. Bununla əlaqədar olaraq da Tehran indi hasilatı dondurmağa hazırdır. Ancaq məsələ ondadır ki, bundan sonra İranın neft hasilatını artırmaq imkanı yoxdur. Ona görə də belə bir qərar verilib. Çünki neft səviyyəsini daha çox artırmaq üçün milyardlarla investisiya, xarici sərmayəni cəlb etməkçünsə yüksək şərtlər irəli sürülməlidir. İran isə buna hazır deyil.

Hazırda Liviyada neft hasilatı kifayət qədər azalıb və gündəlik 370 min barrelə düşüb. Nigeriyada da hasilat aşağı səviyyədədir. Bununla belə, neft qiymətləri hələ də 44-45 dollardır. Çünki hər iki ölkədə hasilatın aşağı enməsi münaqişələrlə bağlıdır. Əgər sözügedən ölkələr hasilatı artırsalar, yayda qiymətlər aşağı düşə bilər. Düzdür, İranın razılıq verməsi də yaxşı haldır, ancaq bu, neftin qiymətinə təsir etməyəcək".

Qeyd edək ki, İran OPEK-in neft hasilatının dondurulması planına qoşulmağa hazır olduğunu açıqlayıb. Bu məsələdə son qərarın neft naziri Bijən Namdar Zəngənə tərəfindən veriləcəyi gözlənilir.

OPEK ölkələrinin növbəti görüşü isə iyunda Vyanada baş tutacaq.

Tarix
2016.05.08 / 10:12
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla