Yuxarı

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ordusu bu ölkəyə girəcək -

Türkiyə Silahlı Qüvvələri ölkəmizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, hüquq və mənafelərini qorumaq məqsədi ilə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, terrorçuların silahları yerə qoymadığı halda sərhədyanı əməliyyatlarını davam etdirmək əzmində və qətiyyətindədir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk Suriyada terrorçulara qarşı mümkün əməliyyatlar barədə danışarkən deyib.

“Bu qətiyyət beynəlxalq hüquq normaları və BMT-nin özünümüdafiə hüququ prinsipi çərçivəsində terror təşkilatlarının fəaliyyətinə son qoyulması məqsədilə regionda sülhü təhdid edən bütün terror ünsürləri aradan qaldırılana qədər davam edəcək. Suriyada su ehtiyatları, enerji istehsalı və regional təhlükəsizlik baxımından strateji əhəmiyyətli nöqtə olan Fərat çayı üzərindəki Tişrin su anbarı terror təşkilatı PKK/YPG/SDF tərəfindən son müdafiə xətti hesab edilir. Türkiyə Silahlı Qüvvələri Suriyanın Tişrin su anbarı bölgəsində PKK/YPG/SDF terror təşkilatının günahsız dinc sakinlərdən canlı qalxan kimi istifadə etmək cəhdini şiddətlə qınayır və bu cür hərəkətlərin ağıl və məntiqə, beynəlxalq hüquqa, insan haqlarına və insanlığa zidd olduğunu vurğulayır. Bu cür hərəkətlər öz maraqları naminə günahsız insanların həyatını heçə sayan terror təşkilatlarının qəddar üsullarıdır. Bölgədə baş verən proseslər həm Suriyanın daxili təhlükəsizliyi, həm də Türkiyənin sərhəd təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyə Silahlı Qüvvələri PKK/YPG/SDG kimi terror təşkilatlarının bu cür strateji infrastrukturlardan istifadə edərək bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq əzmindədir”, - Z.Aktürk bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə ordusunun ən yüksək döyüş hazırlığına gətirildiyi haqda məlumat yayılıb.

Tarix
2025.01.09 / 11:58
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla