Yuxarı

Blinken ona etiraz edən jurnalistləri zaldan çıxartdırdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Blinken ona etiraz edən jurnalistləri zaldan çıxartdırdı - Video

ABŞ Dövlət katibi Entoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi sonuncu mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən etirazla qarşılanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, amerikalı jurnalist Maks Blumental Blinkenin çıxışını kəsərək, "Qəzzada 300 jurnalist sənin bombalarınla ​​hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə icazə verdin?" - deyə etiraz edib.

M.Blumental polislər tərəfindən zaldan zorla çıxarılıb.

Çıxışına davam edən Blinken daha sonra eyni mövzuda başqa bir jurnalistin etirazı ilə üzləşib. Amerikalı jurnalist Sem Hüseyni etirazından sonra üç polis əməkdaşı tərəfindən zaldan qovulub.

Jurnalist canlı yayım zamanı zaldan qovularkən aşağıdakı ifadələri səsləndirib:

"Çək əllərini məndən, mən burada sakit oturmuşdum, amma indi məni iki-üç nəfər saxlayıb. Sən isə mətbuat azadlığından danışırsan".

BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.

Tarix
2025.01.17 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla