Yuxarı

Əsədin 7 dəfə edamını istədiyi türkman pilot danışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin 7 dəfə edamını istədiyi türkman pilot danışdı - Video

Mülki vətəndaşları öldürmək istəmədiyi üçün ordudan ayrılan və rejimin 7 dəfə edam hökmü çıxardığı Qolan türkmanlarından olan pilot, polkovnik Əhməd Akkaş İordaniyada 12 illik sürgündən sonra Dəməşqdəki evinə qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Vətəninə 12 il sonra geri qayıdan pilot evini xarabalıqlar içərisində görüb. Akkaş bildirib ki, rejimin cinayətlərinə şərik olmamaq üçün ailəsi ilə birlikdə Suriyanı tərk edib:

"96-cı eskadron pilotlarının Dumada yaşayış məntəqələrini bombaladığını əks etdirən videonu gördüm. Boş ərazidən danışmıram. Uşaqları, qadınları, günahsız insanları öldürdülər. Videoya baxanda gördüm ki, bu əli qanlı rejimdir. Haqqın və ədalətin tərəfində olmalıyam dedim və ordunu tərk etdim. Ordudan ayrılandan sonra rejim məhkəməsi 12 ildə 7 dəfə haqqımda ölüm hökmü çıxardı. Sadəcə qan tökməkdən imtina etdiyim üçün. Onlar kimi olmaq istəmədim”.

Akkaş gələcəyə ümidlə baxdığını və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sevgilərini ifadə edib:

“Allah ona uzun ömür versin. Rəcəb Tayyib Ərdoğanı həqiqətən bütün qəlbimlə sevirəm. Allaha şükürlər olsun ki, ölkəmizə qayıtdıq”.

Tarix
2025.01.18 / 19:37
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla