Yuxarı

Tehranda hay-küylü qətl: hakimləri öldürən çayçı imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehranda hay-küylü qətl: hakimləri öldürən çayçı imiş

Yanvarın 18-də Tehranda Ali Məhkəmənin iki hakimini öldürən şəxsin kimliyi məlum olub.

Axar.az xəbər verir ki, o, 38 yaşlı Fərşad Əsədidir.

Məlumata görə, Tehranın azərbaycanlıların kompakt yaşadığı Qala Həsən xan bölgəsindən olan Əsədi 10 il əvvəldən Ali Məhkəmədə çayçı işləyib.

“O, son aylar hökumətə müxalif İran Xalq Mücahidləri təşkilatına üzv olduqlarna görə həbs edilən şəxslərin barəsində hansı hakimlərin edam hökmü verməsini araşdırıb”, - yerli mənbələrin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 18-i yerli vaxtla saat 10:40 dəqiqədə Fərşad Əsədi İran Ali Məhkəməsinin binasında Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqeysə və Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini qətlə yetirib, sonra isə intihar edib.

Qeyd edək ki bu, İran Ali Məhkəməsi binasında baş verən ikinci oxşar hadisədir.

Bundan əvvəl 11 mart 1946-cı ildə də, radikal "İslam Fədailəri" təşkilatının üzvləri Ali Məhkəmənin binasında azərbaycanlı hüquqşünas, siyasətçi, tarixçi və alim Əhməd Kəsrəvi və müavinini Məhəmmədtağı Həddadpuru güllə və bıçaq zərbələri ilə qətlə yetiriblər.

Tarix
2025.01.21 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla