Yuxarı

78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal...

Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” otelinin mühasibatlıq şöbəsinin müdiri Qədir Özdəmir Bolu Bələdiyyəsi ilə otel rəhbərliyi arasında baş tutan danışıqları etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama aparıblar:

“Yoxlama nəticəsində otelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.

Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri otelə gələrək yenidən ətraflı baxış keçiriblər:

“Mən C. adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra otelin rəhbəri Əhməd Dəmirə zəng edib vəziyyəti ona başa saldım. Daha sonra Ə.Dəmir Bolu Bələdiyyəsinin sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb. S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq. Otelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim. Ə.Aras da mənə dedi ki, bu nöqsanları aradan qaldırmaq çox baha başa gəlir, əgər yoxlamanı ləğv etmək alınırsa, onu ləğv edək”.

Q.Özdəmirin sözlərinə görə, “Qrand Qartal” oteldə yoxlama aparılması ilə bağlı qərarın ləğvi üçün yazılan ərizə 24 dekabr 2024-cü ildə idarəyə təqdim edilib:

“Cəmi bir gün sonra, Bolu Bələdiyyəsi sədrinin müavini Sədat Gülənər yanğınsöndürmə idarəsinin otel yoxlamasını ləğv edib”.

Qeyd edək ki, Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğınla bağlı aparılan araşdırma çərçivəsində Bolu Bələdiyyəsi sədrinin müavini Sədat Gülənər, xilasetmə müdirinin müavini Kənan Coşqun və yanğınsöndürən İrfan Acar da həbs edilib. Daha əvvəl isə otelin rəhbəri Əhməd Dəmir saxlanılmışdı.

Tarix
2025.01.28 / 12:04
Müəllif
Samir Soltanov
Digər xəbərlər

AZAL təyyarəsində problem: Xəbərdarlıq, yoxsa təhdid...

Ramiz Mehdiyevə tərifnamə: Görün, kimlər, nələr yazıb...

Ermənilərdən Mingəçevirlə bağlı absurd iddia

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi

Tokayevdən Əliyevə: Sizin güclü liderliyinizlə...

Sahibə Qafarova Simonyanla görüşdü

Qazaxıstan Azərbaycandan iki gəmi aldı

Əliyevlə Tokayevin təkbətək görüşü keçirildi - Foto

Hikmət Hacıyev Astanadan yeni video paylaşdı

Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Gevondyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla