Yuxarı

Moskva və Ankara arasında etimad sarsıldı – Sanər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva və Ankara arasında etimad sarsıldı – Sanər

Türkiyə çətin ki, Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda vasitəçi ola bilsin. Ankaranın Kiyevə silah tədarükü və müdafiə sənayesi layihələri etimadı sarsıdıb.

Axar.az xəbər verir ki, bunu türkiyəli politoloq İgid Sanər deyib.

“Türkiyənin daha danışıqlarda vasitəçi kimi çıxış edə biləcəyini düşünmürəm, Moskvadan gələn siqnallar müsbət deyil. Türkiyənin Rusiya ilə hələ də yaxşı münasibətləri var, lakin Ukraynaya silah tədarükü və birgə müdafiə sənayesi təşəbbüsləri qarşılıqlı etimadı sarsıdıb”, - o bildirib.

Onun sözlərinə görə, bu, NATO ölkəsi kimi Türkiyənin Rusiya üçün dəyərini azaltmır, lakin Suriyada baş verənləri nəzərə alsaq, hər iki ölkənin administrasiyalarının maraqlarının kəsişdiyi qədər fərqli olduğunu görərik.

Tarix
2025.02.03 / 10:37
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla