Yuxarı

Yeni bir İstanbul inşa edəcəyik - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni bir İstanbul inşa edəcəyik - Ərdoğan

2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik. Son nəfəsimə qədər AKP-nin millətə, vətənə və bəşəriyyətə xidmət mübarizəsində yer almağın haqlı qürurunu yaşayacağam.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən VIII Qurultayında çıxışı zamanı deyib.

Son iki il ərzində 6 fevral zəlzələlərinin səbəb olduğu ziyanın aradan qaldırılması, həmçinin fəlakət risklərinin azaldılması üçün 2,6 trilyon lirə məbləğində vəsaitin xərcləndiyini qeyd edən Türkiyə Prezidenti bildirib ki, indiyədək zəlzələ bölgəsində 201 min 580 mənzil və iş yerinin açarı sahiblərinə təhvil verilib. Mənzillərin 45 faizinin inşası tamamlanıb. Qalan 252 min mənzil və iş yerinin tamamlanması üçün işlər sürətlə davam edir. Gələn ilin əvvəlinə qədər ümumilikdə 453 min mənzil və iş yerinin inşası başa çatacaq.

Yenilənmiş məlumatlara görə, son 22 ildə İstanbula ümumilikdə 3 trilyon 850 milyard lirə dəyərində dövlət vəsaiti ayrıldığını xatırladan ölkə başçısı hazırda bu meqapolisdə 7,5 milyon riskli müstəqil bölmənin olduğunu, bu istiqamətdə şəhərsalma layihələrinin davam etdiyini bildirib.

Tarix
2025.02.07 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla