Yuxarı

Türkiyə limanlarında yük dövriyyəsi rekord qırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə limanlarında yük dövriyyəsi rekord qırdı

Türkiyənin dəniz limanlarında yük dövriyyəsi 2025-ci ilin yanvar ayında rekord həddə – 48,6 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.

Axar.az xəbər verir ki, bu barədə fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına ən çox yük göndərən ölkə Rusiya olub. Türkiyə məhsullarının ixracı baxımından isə İtaliya, ABŞ və İspaniya liderlik edib.

Cari ilin ilk ayında yük dövriyyəsinə görə Türkiyənin ən iri limanları Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İsgəndərun (6,6 milyon ton) olub.

Nazir vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcək.

Tarix
2025.02.09 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla