Yuxarı

Kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərə şad xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərə şad xəbər...

Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.

Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.

Axar.az Baku.vs-yə istinadən xəbər verir ki, gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.

Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.

Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tarix
2026.01.24 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla