Yuxarı

Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı otellərdə müsəlmanlar üçün ibadət otaqlarının hazırlanması ilə bağlı tapşırığın verilməsi təsadüfi deyil. Məsələni ölkənin ərəb bazarına açılması ilə əsaslandırmağa çalışırlar, lakin bunun həqiqəti əks etdirmədiyi aydındır.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Tatul Mkrtçyan deyib.

O bu tapşırığın iki səbəbdən verilə biləcəyini qeyd edib:

“Birincisi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlıdır. Sülh müqaviləsi imzalandıqdan sonra bu ölkələrlə kommunikasiya bərpa ediləcək. Belə olan halda isə Ermənistana türklərin və azərbaycanlıların gəlişi müşahidə olunacaq. Hökumət buna hazırlıq üçün otellərdə xüsusi müsəlman ibadət otaqları yaradır ki, ilk vaxtlar onlarla ermənilər arasında bu məsələdə qalmaqal yaşanmasın. Əgər bu ideya uğurlu olarsa, zamanla ticarət mərkəzləri və metrolarda da bu kimi otaqlar açıla bilər”.

T.Mkrtçyan daha bir iddia irəli sürüb:

“İkincisi isə Qəzzadan fələstinlilərin köçü planı ilə bağlıdır. Belə ki, hazırda oradan köçəcək ərəb qaçqınların yerləşdirilməsi üçün Livan, Misir və İordaniyanın adı çəkilir, lakin siyahıda açıqlanmayan ölkələr var. Onlardan biri də Ermənistan ola bilər. Bu baş verərsə, ictimai yerlərdə də müsəlmanlar üçün namaza otaqları hazırlanacaq. Bu il Bakı və Ankara ilə münasibətlərin normallaşması ehtimalı azdır, lakin ərəblərin Qəzzadan köçü baş tutacaq. Ərəblər gəlsələr belə, açılan ibadət otaqlarında türklər və azərbaycanlılar üçün yaşıl işıq olacaq. Gələcəkdə onların Ermənistana gəlməsi halında bu otaqlardan rahat istifadə edə biləcəklər”.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Turizm Komitəsi yerli otellərdə müsəlman ibadət otaqlarının açılması ilə bağlı tapşırıq verib. Buna əməl etməyənlərin isə fəaliyyətinin məhdudlaşdırılacağı bildirilib. Sözügedən məsələ Ermənistanın ərəb bazarına girməyə hazırlaşması və körfəz ölkələrindən turist axınının gözlənilməsi ilə əsaslandırılıb. Bu mövzu erməni ictimaiyyətində ciddi rezonans doğurub və narahatlığa səbəb olub.

Tarix
2025.02.10 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

Rusiyaya işləməkdə ittiham edilən Məmmədyarov danışdı

Pezeşkianın Bakıya səfəri... - Baş nazirin müavini

Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla