Yuxarı

Zelenski: Putin 15 diviziya yaradır - sizə hücum edəcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski: Putin 15 diviziya yaradır - sizə hücum edəcək!

Tramp və Putin Ukrayna barədə bizim iştirakımız olmadan danışa bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.

Zelenski bildirib, Rusiya 15 yeni diviziya yaratmağı və bu yay təlimlər adı altında Belarus ərazisinə hərbi kontingent göndərməyi planlaşdırır:

“Bunlar Ukraynaya hücum üçün nəzərdə tutulubmu? Bəlkə də yox, bəlkə də sizə hücum üçündür”.

Zelenski çıxışı zamanı həmçinin Avropanın Silahlı Qüvvələrinin yaradılmasına çağırış edərək, müdafiə məsələlərində ABŞ-dan asılılığın azaldılmasının vacibliyini vurğulayıb.

O, həmçinin Ukraynanın NATO-ya üzvlüyünün danışıqlar gündəmindən çıxarılmadığını qeyd edib.

V.Zelenski Ukraynada prezident seçkilərinin keçirilmə ehtimalına da toxunub. Onun sözlərinə görə, o, seçkilərə hazırdır, lakin bunu ukraynalılar istəmir:

“Hazırda biz səfərbər olmuşuq, ölkə daxilində birliyi qoruyub saxlamaq vacibdir. Söhbət məndən getmir, ölkəmizin gələcəyindən gedir”.

Tarix
2025.02.15 / 15:41
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla