Yuxarı

Trüdo Kiyevdə: 3,5 milyard dollar yardım, üstəlik…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trüdo Kiyevdə: 3,5 milyard dollar yardım, üstəlik…

Kanada tezliklə Ukraynaya hərbi texnika, eləcə də dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətdən 5 milyard Kanada dolları (3,52 milyard dollar) köçürəcək.

Axar.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı bildirib.

“Biz Ukrayna hərbçilərinin Almaniyada təlim keçdiyi 25 LAV II piyada döyüş maşını, iki döyüş dəstəyi zirehli texnikası, F-16 qırıcıları üçün eniş sistemi, dörd F-16 hava təlim təyyarəsi, eləcə də milyonlarla döyüş sursatı, hərbi texnika və tibbi ləvazimatlar göndərəcəyik”, - o qeyd edib.

O əlavə edib ki, Kanada həmçinin enerji təhlükəsizliyini dəstəkləmək üçün qrant da verəcək.

Bundan öncə İspaniya Ukraynaya 1 milyard dollarlıq yardım vəd etmişdi.

Qeyd edək ki, Kanada, Estoniya və İspaniya baş nazirləri Castin Trüdo, Kristian Mixal və Pedro Sançes, Litva və Latviya prezidentləri Gitanas Nauseda və Edqars Rinkeviç, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının nümayəndəsi Antonio Kosta Kiyevdə səfərdədirlər.

Tarix
2025.02.25 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla