Yuxarı

Avropa “gizli silahı”nı işə sala bilər: Kartlar açılır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin 200 milyard avro dəyərində “gizli silahı” var.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda bütün kartları əlində saxlamağa çalışsa da, Brüsseldə buna qarşı hazırlıqlar gedir:

“Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinə əl qoya bilərlər. Bu, Brüsseldə yerləşən maliyyə təşkilatında saxlanılır və üzərinə faizlər gəlir. ABŞ isə cəmi 5 milyard dollara sahibdir. Aktivlərin müsadirəsi Avropaya masa arxasında güc qazandıracaq. Həmçinin Trampın müharibəni dayandırmaq tələblərinə müqavimət göstərməyə imkan verəcək”.

Nəşr qeyd edib ki, Rusiyanın qonşuları olan Baltikyanı və Skandinaviya ölkələri hesab edirlər ki, pul dərhal Ukraynaya verilməlidir. Bu mövqe Polşa, Çexiya və Estoniya tərəfindən dəstəklənir .

Adı açıqlanmayan AB diplomatı isə bu prosesin müəyyən çətinliklər yarada biləcəyini deyib:

“Aktivlər Kiyevə verilsə, Brüsselin əlindən çıxacaq və ondan razılaşma vasitəsi kimi istifadə edə bilməyəcəklər. Lakin Rusiya sözügedən aktivləri almaq istəsə, bunun müqabilində nəsə verməlidir. Yəni AB-nin Kreml üzərində əlavə təsir imkanları var”.

Tarix
2025.02.25 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən qərar: Bu şəxslərə kompensasiya ödəniləcək!

Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı...

Cənubi Qafqazdakı proseslər İran və Rusiyanı maraqlandırır

Maraqlı qadağa: Putinə olar, rus xalqına yox

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla