Yuxarı

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir davam edən 1915-ci il hadisələri hekayəsini şübhə altına alaraq mübahisələri alovlandıran Ermənistan Baş naziri Nikol Paşinyan həm ölkə daxilində, həm də qlobal erməni diasporunda tənqidlərə məruz qalır. Onun açıqlamaları “erməni soyqırımı”nın formalaşmasında Sovet İttifaqının roluna və bu təbliğatın arxasında duran geosiyasi motivlərə işıq salır.

Axar.az xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Nikol Paşinyan və 1915-ci il hadisələri” başlıqlı məqalədə Paşinyanın Davosda çıxışının qəbul edilmiş tarixi təsəvvürlərə meydan oxuduğu, bununla da həm qızğın müzakirələrə, həm də erməni millətçilərinin və beynəlxalq müşahidəçilərin kəskin reaksiyalarına səbəb olduğu göstərilib. 1915-ci il hadisələrinə dair soydaşlarının şərhinə şübhə ilə yanaşdığını bildirən erməni Baş nazir onların uzun illər formalaşmış versiyalardan əl çəkməmələrini tənqid edib.

Paşinyana görə, bu hadisələr zamanı dəqiq nəyin və niyə baş verdiyini, eləcə də “erməni soyqırımı” məsələsinin nə üçün 1939-cu ildə gündəmə gətirilmədiyini, 1950-ci illərdə qəfildən aktuallaşdığını anlamaq vacibdir. Paşinyanın bəyanata həm Ermənistan daxilində, həm də qlobal erməni diasporunda çox sərt reaksiya verilib. O, Ermənistanın milli təhlükəsizliyini təhdid sayılacaq “təhlükəli” bəyanatlar səsləndirməkdə ittiham olunub. Paşinyan ermənilərin uzun illərdir “erməni soyqırımı” adlandırılan 1915-ci il hadisələrindən siyasi və milli məqsədlərlə öz maraqlarını dünyada təbliğ etmək, hətta Türkiyəyə siyasi ziyan vurmaq üçün istifadə etdiklərini söyləyib.

Onun sözlərinə görə, bunu təkcə ermənilər deyil, həm də sovetlər edib. Bu da Ermənistanın baş nazirinin daha kəskin şəkildə tənqid olunmasına gətirib çıxarıb.

Məqalədə Paşinyana istinadən yazılıb ki, əlavə miflərlə “soyqırımı” hekayəsini Sovet İttifaqı uydurub, Ermənistan Sov.İKP MK üzvü Karen Dəmirçyan isə təbliğ edib. Müəllifin fikrincə, Paşinyanın 1950-ci illərin adını çəkməsi də təsadüfi deyil. Belə ki 1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunub. Nəticədə sovetlər Türkiyəyə təzyiq göstərmək üçün erməni tarixindən istifadə etməyə başlayıblar. Bu vəziyyət sovetlərin ermənilərin qayğısına qalmaq və ya 1915-ci il hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq istəyindən deyil, türklərə nifrətindən və Sovet İttifaqının düşməni olan NATO üzvlərinə zərər vermək istəyindən irəli gəlib. Bununla belə, Sovetin “erməni soyqırımı”nı təbliğinə, hadisələrin şərhinə miflər əlavə etməsinə baxmayaraq, bu hekayənin yaradıcısı elə ermənilər özləridir.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Tarix
2025.02.25 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”…

İranda Azərbaycan səfirinin paylaşımına aqressiv reaksiya

Prezident Küveyt əmirinə məktub göndərdi

Nikol Qərbi Azərbaycan İcması ilə dialoqa nə vaxt başlayır?

Ərdoğanın təklifini Rusiya bu cür rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla