Yuxarı

Dövlət qulluqçularının rotasiyası üçün Komissiya yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qulluqçusunun rotasiyası Qaydası təsdiq edilib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi məqsədilə hazırlanmışdır.

Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.

Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası yaradılır. Komissiya dövlət orqanının rəhbəri tərəfindən təyin edilən 5 (beş) nəfərdən – sədr və 4 üzvdən ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.

Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini Komissiyanın sədri təyin edilir. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini olmadıqda kadr qurumunun rəhbəri, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs Komissiyanın sədri təyin edilir. Komissiyanın sədri Komissiyanın işinə rəhbərlik edir və bu Qaydanın 4.4-cü bəndində göstərilən vəzifələrin vaxtında, dolğun və obyektiv icrasına nəzarət edir.

Komissiya öz fəaliyyətini ildə azı 2 (iki) dəfə çağırılan iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. Xidməti zərurətlə əlaqədar Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiya öz qərarını açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edir və həmin qərar dövlət orqanının rəhbəri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiya rotasiyanın nəticələrinə uyğun olaraq dövlət orqanının rəhbərinə rotasiya olunanın vəzifədə irəli çəkilməsi, əlavə təhsili, rotasiya müddətinin uzadılması və mükafatlandırılması barədə təklif təqdim edə bilər.

Komissiya rotasiyalar barədə qərarı 5 (beş) iş günündən gec olmayaraq orqanın rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri Komissiyanın qərarını və tövsiyələrini nəzərə alaraq Qanunun tələblərinə əsasən müvafiq qərar qəbul edir.

Tarix
2025.02.25 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Hakan Fidanla görüşdü - Foto

Baş nazirdən qərar: Bu şəxslərə kompensasiya ödəniləcək!

Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı...

Bakı və İrəvan arasında sülh... - Arakçı

Maraqlı qadağa: Putinə olar, rus xalqına yox

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla