Yuxarı

11 il öncə yoxa çıxan təyyarənin axtarışlarına başlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin mart ayında yoxa çıxan Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı axtarış işləri yenidən başlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yeni axtarış əməliyyatlarına "Ocean Infinity" şirkətinə aid "Armada 7806" gəmisi cəlb olunub.

Prosesin gedişatında okean dibindən xüsusi robotlarla məlumat toplanacağı qeyd edilib. Əgər təyyarənin qalıqları tapılarsa, "Ocean Infinity" şirkətinə təxminən 70 milyon dollar ödəniş edilməsi gözlənilir.

Xatırladaq ki, 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə uçan təyyarə ilə uçuşdan 38 dəqiqə sonra əlaqə kəsilib. Bəzi radar qeydlərində təyyarənin planlaşdırılmış marşrutdan çıxdığı və Hind okeanının cənubuna doğru uçduğu bildirilir. Hava gəmisində 227 sərnişin və 12 ekipaj üzvü olub.

Tarix
2025.02.25 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Altunla nələri müzakirə etdi?

Hikmət Hacıyev Hakan Fidanla görüşdü - Foto

Baş nazirdən qərar: Bu şəxslərə kompensasiya ödəniləcək!

Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı...

Bakı və İrəvan arasında sülh... - Arakçı

Maraqlı qadağa: Putinə olar, rus xalqına yox

Pakistanla diplomatik əlaqələrimiz belə qurulub - Deputat

Nazir elan etdi: Azərbaycan Pakistandan bu qırıcıları alır

Bunu Sovet İttifaqı uydurub, Dəmirçyan isə təbliğ edib...

Sərhəddə insident AB sayəsində azaldı - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla