Yuxarı

Prezidentin olduğu helikopter təcili eniş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honduras Prezidenti Siomara Kastronu daşıyan helikopter ölkənin mərkəzində cəngəlliyə məcburi eniş edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə "El Heraldo" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Kastro respublikanın şimal-şərqindəki San-Pedro-Sula şəhərinə işgüzar səfərindən Tequsiqalpa qayıdırmış. Lakin Kortes departamentinin El-Balin yaşayış məntəqəsi ərazisində helikopter təcili eniş edib.

Honduras prezidentinin və onunla birlikdə olan sərnişinlərin insident zamanı xəsarət almadığı bildirilir.

Nəşrin dərc etdiyi videogörüntülərdə helikopterin cəngəlliyin ortasındakı boşluğa eniş etdiyi görünür. Bundan əlavə, prezidentin hadisə yerinə gələn yerli KİV nümayəndələri ilə ünsiyyətdə olmasının fotoşəkilləri təqdim olunur.

Nəşr Kastroya istinadən yazır ki, qatı duman səbəbindən zəif görmə şəraitində ekipaj əvvəlcə San-Pedro-Sulaya qayıtmağı planlaşdırsa da, sonra helikopteri cəngəlliyə endirmək qərarına gəlib.

Tarix
2025.02.26 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ərdoğana zəng etdi

Fidandan Xocalı soyqırımı barədə açıqlama

İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi

Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

Fransa səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verdi

İrəvan bu tələbdən imtina etdi: “alternativ güzəşt” təklifi...

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

Ermənilərin Xocalıya ilk hücumu: 1988, sentyabr - Video

Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət etdi

Türkiyənin yeni səfirindən Xocalı faciəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla