Yuxarı

Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan "Mersedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı vəziyyətinə uyğun olaraq müvafiq şöbəyə yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.02.26 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Əliyev Ərdoğana zəng etdi

Fidandan Xocalı soyqırımı barədə açıqlama

İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi

Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

Fransa səfirliyi Xocalı faciəsi ilə bağlı başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla