Yuxarı

Keçmiş çempion rəqibinin başına yumurta çırpdı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş çempion rəqibinin başına yumurta çırpdı - Video

Aprelin 26-da Londonda orta çəkidə (72,6 kq) reytinq döyüşünə çıxacaq böyük britaniyalı boksçular Kris Yubenk və Konor Bennin mətbuat konfransı qalmaqalla yekunlaşıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, baxışlar dueli zamanı keçmiş dünya çempionu Yubenk yumruğunda gizlətdiyi yumurtanı rəqibin sifətinə çırpıb. Qəzəblənmiş Benn cavab vermək istədikdə, bu, toqquşmaya çevrilib. Lakin boksçuları vaxtında aralamaq mümkün olub.

İnsidentin ardından zərərçəkən onu incidənə sosial şəbəkə vasitəsilə müraicət edib: “Bu, mənə vura biləcəyin yeganə zərbə idi. Bitdin. İkinci raundda oturacaqsan”.

Qeyd edək ki, Kris Yubenk və Konor Benn arasında döyüş 2022-ci ildə baş tutmalı idi. Lakin həmin vaxt Benn dopinq-testdən keçə bilməyib. O, orqanizminə qadağan olunmuş maddələrin yumurta qəbulu nəticəsində düşdüyünü bildirib. Görünür, Yubenk yumurta çırpmaqla, rəqibinə həmin olayı xatırlatmaq istəyib.

Videoya baxmaq üçün BURA keçid edin.

Tarix
2025.02.26 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İran mesajı: yeni lider axtarır

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla