Yuxarı

Soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Axar.az xəbər verir ki, saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro qatarları fit verib.

Ölkənin digər şəhər və rayonlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.

Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Tarix
2025.02.26 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya elə təklif vermişik ki, imtina... - Paşinyan

Üç ölkənin XİN başçısı Türkiyədə toplanır

Bakı ilə sülh sazişinin 2 bəndi... - Paşinyan

Xocalı ilə bağlı Quterreşə məktub göndərildi

Milanda vəfat edən generalın oğlunun cənazəsi Bakıya gətirilir

Azərbaycanlı hərbi kursant Tükiyədə vəfat etdi - MN

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla