Yuxarı

Rusiya sursat göndərmir: hücum dayanıb - Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya sursat göndərmir: hücum dayanıb - Nə baş verir?

Xüsusi hərbi əməliyyatın yaxın zamanda başa çatacağına dair şayiələr fonunda cəbhədə silah-sursat tədarükü ilə bağlı problemlər yaranmağa başlayıb. Bu məlumatı biz bir neçə istiqamətdən əldə etmişik.

Axar.az xəbər verir ki, bu barədə “Kremlin secrets” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, cəbhə bölgəsinə ağır silah-sursat göndərilməsində yaranan fasilənin səbəbi izah olunmur.

“Sursatlar artıq gətirilmir, dronların da göndərilməsi gecikir. Hazırda ehtiyatlar var, amma uzun müddətə kifayət etməyəcək. Nə üçün sursatların çatdırılmadığını bizə demirlər? Elə bil ki, müharibə artıq başa çatıb”, -Donetskdəki qərargahlardan birindəki mənbə deyib.

Kursk vilayətindəki mənbələr də qoşunların hücumunda azalma olduğunu müşahidə ediblər.

“Hamı başa düşür ki, Kursk vilayətinin ələ keçirilmiş hissəsi nəyəsə dəyişdiriləcək. O zaman nə üçün canımızı qurban verək və onu geri qaytarmağa çalışaq? Əgər altı ay ərzində geri ala bilməmişiksə, bir həftə ərzində heç nə dəyişməyəcək. Amma uşaqları itirəcəyik”, - general rütbəli mənbə bildirib.

Kanal iddia edib ki, bu vəziyyət bütün cəbhə boyunca davam edir.

Tarix
2025.02.26 / 15:28
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla