Yuxarı

Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etmiş, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Dahi Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

"Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbə qazanılmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmiş, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapıb", - tədbirdə qeyd olunub.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Tarix
2025.02.26 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı hərbi kursant Tükiyədə vəfat etdi - MN

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Əliyev Ərdoğana zəng etdi

Fidandan Xocalı soyqırımı barədə açıqlama

İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi

Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla