Yuxarı

İrəvan bu tələbdən imtina etdi: “alternativ güzəşt” təklifi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bu tələbdən imtina etdi: “alternativ güzəşt” təklifi...

Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin “digər məsələlərdə - kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur”.

Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektlərin edilməsindən ibarətdir. Belə korrektlər Bakı-İrəvan xəttində uzun müddətdir davam edir. Tərəflərin son açıqlamaları fonunda 17 maddənin yalnız birində prinsipial razılaşmanın olmadığı görünür: üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması.

İrəvan AB-nin müşahidə missiyasının müddətini daha iki il uzatmaqla bu məsələdə razılaşma perspektivini sıradan çıxardı. Və saziş layihəsinin bu bənd olmadan imzalanması üçün “alternativ güzəştlər” irəli sürür, misal üçün, Minsk Qrupunun buraxılması ilə bağlı. Mümkündür ki, İrəvanın layihədə “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndi ilə bağlı yeniliklər, yaxud əlavə təkliflər daxil edib, Bakının cavabı da bu məsələdə öz korrektlərini əlavə etməkdir.

Ermənistanın “digər məsələlər” dediyi kommunikasiyanın açılması və silahlara nəzarət mexanizmi 17 maddəlik layihəyə daxil deyil: kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb, silahlara nəzarət mexanizmi isə Ermənistanın Azərbaycan tərəfindən qəbul edilməyən, ümumiyyətlə reaksiya vermədiyi təklifidir.

İrəvanın diqqəti sazişdən kənar məsələlərə çəkməsi təsadüfi deyil. Bu, Bakınının layihədən kənar tələbləri qarşısında - Ermənistan konstitusiyasının dəyişdirilməsi və s. – kontr-gediş etmək, gündəliyi genişləndirərək, masada mövqelərini qorumaq məqsədi daşıyır.

Hərçənd, cavab və kontr-cavab müstəvisində davam edən sülh sazişi layihəsinin 2025-ci ildə də imzalanması perspektivləri zəifləyir.

Tarix
2025.02.26 / 13:41
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla